Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qazaxda baş vermiş qalmaqallı hadisə ilə bağlı polis zabiti həbs olundu

© Sputnik / Anar MustafaevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

BAKI, 28 sentyabr — Sputnik. Xəbər verildiyi kimi, Elmir Axundovun Qazax Rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Daxili işlər nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha bir rayona yeni polis rəisi təyin olundu

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilib ki, istintaq zamanı, həmçinin, rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, İ.Süleymanovun mayor rütbəsi daşıdığı bildirilir. Onu da xatırladaq ki, bu günlərdə Qazax Rayon Polis Şöbəsində baş verən hadisə böyük ajiotaja səbəb olub. Rayonda gərginlik yaşanıb. E.Axundovun qohumları onun polis şöbəsində döyülərək öldürüldüyünü iddia etsələr də, RPŞ E.Axundovun K.Əhmədovla dava zamanı xəsarət aldığını və bu səbəbdən dünyasını dəyişdiyini bəyan edir.

"K.Əhmədov rayon Polis Şöbəsinə müraciət edərək E.Axundov tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar sentyabrın 25-də E.Axundov izahatının alınması məqsədilə rayon Polis Şöbəsinə dəvət edilib və həmin gün saat 22 radələrində səhhətinin pisləşdiyi üçün Təcili-Tibbi Yardım xidmətinə müraciət olunub, həkim briqadası rayon Polis Şöbəsinə gələrək E.Axundovu ölmüş vəziyyətdə rayon Diaqnostika Mərkəzinə aparıb" — deyə rayon polisinin rəsmi məlumatına bildirilir.

Xəbər lenti
0