Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda körpü uçması ilə bağlı Baş prokurordan gözlənilməz məlumat

© Photo : AZƏRTACGüclü sel Göyçay çayı üzərindəki piyada körpüsünü dağıdıb
Güclü sel Göyçay çayı üzərindəki piyada körpüsünü dağıdıb - Sputnik Azərbaycan
Abunə olmaq
Baş prokuror: "Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı"

BAKI, 28 sentyabr — Sputnik. "Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı. Həmin cinayət işi şikayət əsasında konkret şəxslərlə bağlı başlanılıb. Bu məsələ ilə bağlı ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5-i hüquqi, 2-si isə fiziki şəxsdir. Hazırda bu iş üzrə məhkəmə istintaqı aparılır".

Sputnik Azərbaycan-ın "Report"a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

Z.Qaralov bildirib ki, Baş Prokurorluq Ekologiya ə Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika üzrə hüquqi araşdırmalar aparılır: "Bu sahədə çoxsaylı qanun pozuntuları aşkar edilib. Qanun pozuntuları ilə bağlı 17 cinayət işi məhkəmələrə göndərilib, dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib. Bu istiqamətdə işlər davam etdirilir".

Xəbər lenti
0