Ov tüfəngi

Şahini vuran ərəb cəzasını alıb

58
(Yenilənib 12:52 27.09.2018)
Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilib

BAKI, 27 sentyabr — Sputnik. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı "Qırmızı kitab"a düşmüş Şahin quşunu ovlayan 3 şəxsi saxlayıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O, qeyd edib ki, həmin şəxslərdən Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 4 göyərçin quşu və 1 qanadı zədələnmiş Şahin quşu götürülüb. Ov edən şəxslərin İraq Respublikasının vətəndaşı Taha Vasmi Zaidan Sumaida və 2 nəfər Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilib.

"Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Digər 2 nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsulliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub" — deyə İbrahimova bildirib.

Qanadı zədələnmiş Şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.

58
Teqlər:
şahin quşu, ov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan
Əlaqədar
Amazon cəngəlliyində ölüm mələyini görmüş azərbaycanlı ovçu
Ceyran ovlayan və sahə müfəttişinə atəş açan şəxslər həbs olunublar
Ovçuluqla bağlı növbəti məlumatlandırma sessiyası keçirilib