Bankomat

Pensiyaçıların puluna qənim kəsilən şəxs ələ keçib

206
(Yenilənib 15:24 26.09.2018)
Saxlanılan şəxs 4 nəfərə qarşı analoji əməl törətdiyini etiraf edib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Astarada hesablardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran Regional Qrupundan məlumat verilib.

Məlumata görə, pensiyaçılar, Astara şəhər sakini C.Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində bankomatlardan birindən tanımadıqları şəxsin onlara məxsus plastik kartdan pulu çıxarıb mənimsədiyini bildiriblər.

Belə ki, onlar plastik kartlarını bankomatın yanında dayanmış tanımadıqları bir şəxsə verərək pullarını çıxarmağı xaiş ediblər. Həmin şəxs isə kartda pul yoxdur deməklə onları aldadıb və ümumilikdə 183 manat pullarını çıxararaq mənimsəyib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulları çıxararaq mənimsəyən şəxsin Astara şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı cari ilin avqust-sentyabr aylarında İ.Hüseynov daha 2 rayon sakininə də məxsus pensiya kartlarından ümumilikdə 109 manat pulu çıxararaq mənimsədiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

206
Teqlər:
pul, plastik kart, bankomat, Astara
Əlaqədar
Bakı sakinini oğurladılar, döydülər, videoya çəkdilər və qarşısına tələb qoydular
Məşhurların intim şəkillərini oğurlayana 10 ay həbs verildi
Yer altında oğurluq baş verdi
Paytaxtda onlarla su nasosunu oğurlayan şəxs ələ keçib
Bakıda bank işçisinin evindən 50 min dollar oğurlanıb
Bərdə raket mərmisi yağışı altında: Şəhərin infrastrukturu darmadağın edilir – video

Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb - Baş Prokurorluq

113
(Yenilənib 15:13 28.10.2020)
Kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

BAKI, 28 oktyabr - Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda həmçinin bildirilir ki, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

113
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib – video
Ermənistan Tərtərdən sonra Bərdəni raketlə dağıtmağa cəhd edir - rəsmi
Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb
Baş Prokurorluq

Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb

91
(Yenilənib 14:48 28.10.2020)
Bu gün saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr — Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Sputnik Azərbaycan Baş Prokurorluğa istinadla xəbər verir ki, zərbə nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

91
BMT

BMT Ərdoğanın təhqiramiz karikaturalarının yayılmasını pislədi

0
(Yenilənib 12:17 29.10.2020)
Ali nümayəndə, həmçinin qeyd edib ki, ifadə azadlığından bütün dini inanclara və ehkamlara hörmət edilmək şərti ilə istifadə olunmalıdır

BAKI, 29 oktyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) Fransanın "Charlie Hebdo" jurnalınının Məhəmməd Peyğəmbərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın da təhqiramiz karikaturalarını dərc etməsinə münasibət bildirib. Sputnik Azərbaycan-ın Türkiyənin TRT Haber saytına istinadən yaydığı məlumata görə, BMT-nin Sivilizasiyalar İttifaqının Ali nümayəndəsi Migel Anxel Moratinos yazılı açıqlamasında bütün dinlərə və inanclara qarşılıqlı hörmət etməyə, qardaşlıq və sülh mədəniyyətinin təbliğinə çağırıb.

Bu cür təxribatçı hərəkətlərin dinləri, inancları və ya etnik mənsubiyyətləri səbəbindən günahsız mülki insanlara qarşı zorakılıq hallarının artmasına gətirib çıxardığını vurğulayan Moratinos bildirib ki, dini atributları və müqəddəs simvolları təhqir etmək cəmiyyətdə kin və zorakılığı çoxaldır.

Ali nümayəndə, həmçinin qeyd edib ki, ifadə azadlığından bütün dini inanclara və ehkamlara hörmət edilmək şərti ilə istifadə olunmalıdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın "Charlie Hebdo" jurnalını məhkəməyə verib.

Xatırladaq ki, 7 yanvar 2015-ci il tarixində silahlı şəxslər Charlie Hebdo-nun Parisdəki binasına basqın edərək 12 nəfəri öldürmüşdü. Əl-Qaidə təşkilatı Əlcəzair mənşəli Şərif və Səid Kouaçi qardaşlarının təşkil etdiyi hücumun məsuliyyətini öz üzərinə götürmüşdü. Təşkilatdan bildirilmişdi ki, Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyi üçün jurnalın əməkdaşlarından bu yolla intiqam alınıb.

 

0
Əlaqədar
"Charlie Hebdo" Ərdoğanın təhqiramiz karikaturalarını yayımladı
Hacıyev: "Charlie Hebdo" jurnalının Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq"
Ərdoğan "Charlie Hebdo"nu məhkəməyə verdi