Карета скорой помощи в Баку, фото из архива

Təcili yardım maşınından təyinatına uyğun olmayan hərəkət

150
(Yenilənib 21:55 23.09.2018)
Cəlilabadda təcili yardım maşını piyadanı vuraraq öldürüb

BAKI, 23 sentyabr — Sputnik. Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes" markalı avtomobil Məlikqasımlı kənd sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Afizə Sayadxan qızını vurub. Nuriyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Məlumata görə, təcili yardım avtomobili xəstə aparırmış.

Faktla bağlı araşdırma aparılır.

150