Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Bakıda püskürən vulkandan yeni xəbər var

146
Vulkan püskürən ərazidə çatların dərinliyi 80 metrə çatdı

BAKI, 23 sentyabr — Sputnik. Qaradağda baş verən vulkan püskürməsi nəticəsində bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev Otman-Bozdağ palçıq vulkanı püskürmüş ərazidəki son vəziyyətlə bağlı bildirib. 

Onun sözlərinə görə, ərazidə xeyli çatlar əmələ gəlib: 

“Bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb. Çatların əmələ gəldiyi ərazi 5 hektarı əhatə edir”. 

Nazirlik rəsmisi qeyd edib ki, son dayanacaq nöqtəsindən Ümid qəsəbəsinə olan məsafə 2 kilometrdir: 

“Heç bir təhlükə yoxdur”.

146
Əlaqədar
Yağış bu gün Bakıda baş verən yeganə təbiət hadisəsi deyil - VİDEO