Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gürcüstanda silahlı insident oldu, 4 azərbaycanlı yaralandı

CC0 / Skitterphoto / GunПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

BAKI, 23 sentyabr — Sputnik. Gürcüstanın Telavi rayonunun Vardisubani və azərbaycanlıların sıx yaşadığı Qaracala kənd sakinləri arasında qarşıdurma baş verib.

“Report”un verdiyi xəbərə görə, Vardisubani kəndindən olan 6 nəfər taxta və dəmir dəyənəklərlə bazar ərazisində Qaracala kənd sakinlərinə hücum edib.

İnsident zamanı odlu silahdan da atəş açılıb. Nəticədə üç nəfər yaralanıb, 14 yaşlı yeniyetmə isə döyülüb. Onlar Telavi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların həyatlarının təhlükədə olmadığı bildirilib.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev bildirib ki, Vardisubani və Qaracala kəndlərinin sakinləri arasında münaqişə bir həftə öncə də baş verib: “Bu gün isə Vardisubani sakinləri Qaracala kənd sakinlərindən mal-qaranın bazar ərazisində onlara məxsus sahədən çıxarılmasını tələb etsələr də, qarşı tərəf buna əməl etməyib”.

Babayev insidentlə bağlı Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili ilə telefon əlaqəsi yaratdığını deyib: “Qubernator baş vermiş hadisəni diqqətdə saxladığını bildirdi. O, insidentin ətraflı araşdırılacağını və günahkarların qanun çəçivəsində cəzalandırılacağını söylədi”.

Babayev qeyd edib ki, xəsarət alan Qaracala kənd sakinlərinin vəziyyəti stabildir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb.

Xəbər lenti
0