Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN görüntü paylaşdı: Onu görənlərdən xahiş olunur ki...

© Sputnik / Murad OrujovЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Onun xarakterik əlamətləri: boyu 175 santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır və arxaya daranır

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-si saat 08.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsinin dəniz sahilində 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, meyit tapılan zaman qollarında kəsilmiş xəsarətlər aşkar edilib.

© AR Ministry of Internal AffairsTapılan kişi meyiti
Tapılan kişi meyiti - Sputnik Azərbaycan
Tapılan kişi meyiti

Onun xarakterik əlamətləri: boyu 175 santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır və arxaya daranır. Gözlərinin rəngi qəhvəyidir. Meyit tapılan zaman əynində qara cins şalvar, qara kəmər və üzərində göy, boz və çəhrayı köndələn zolaqlar olan köynək olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə (012) 457-57-02, həmçinin 050-393-22- 22 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0