Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsi

Bərdədə faciə: Hamilə qadın dünyasını dəyişdi

394
(Yenilənib 20:46 19.09.2018)
Gəlinin əri tərəf ölümün səbəbinin astma xəstəliyi olduğunu desə də, anası bunun qəsdən adamöldürmə olduğunu iddia edib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Dünən, sentyabrın 18-də Bərdə rayonunun Mustafaağalı kəndinə rayonun Tumaslı kəndindən gəlin köçmüş Rüstəmova Hicran Qənimət qızının ölüm xəbəri yayılıb. Gəlinin əri tərəf Hicran Rüstəmovanın astma xəstəsi olduğu, axşam saatlarında qəfil boğulduğunu, həmişə istifadə elədiyi astma qəlyanının da faydası olmadığından dünyasını dəyişdiyini bildirib. 

Ancaq Hicran Rüstəmovanın anası Məleykə xanım deyilənlərə inanmadığını, qızının zəhərlənərək öldürüldüyünü deyib. Bərdə rayon Prokurorluğu şübhə olduğundan ölümün səbəbinin araşdırılmasına göstəriş verib. Məhkəmə tibbi ekspertizadan sonra qəsdən adamöldürmə, zəhərlənmə halı ölümün səbəbi kimi təsdiqini tapmayıb. Həkimlərin rəyinə görə, 6 aylıq hamilə olan gəlin xəstəliyilə bağlı olaraq kəskin krizis keçirib. Nəticədə xəstəliyin fəsadlarına tab gətirməyərək dünyasını dəyişib.

Gəlin Bərdə rayonunun Tumaslı kəndində dəfn olunub.

394