Bıçaq, arxiv şəkli

Yasamalda qanlı münaqişə: Qardaş qardaşa əl qaldırdı

128
(Yenilənib 21:02 19.09.2018)
Alatava küçəsində yerləşən evlərin birində qardaşlar arasında qanlı münaqişə baş verib.

BAKI, 19 sentyabr — Sputnik. Bakıda cavan oğlan doğma qardaşını bıçaqlayıb. Cinayət paytaxtın Yasamal rayonu ərazisində törədilib. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Hələlik məlum olan yalnız budur ki, sentyabrın 18-də axşam saat 18:00 radələrində 1-ci Alatava küçəsində yerləşən evlərin birində qardaşlar arasında qanlı münaqişə baş verib. Münaqişə nəticəsində 1991-ci il təvəllüdlü Həsənli Sərxan Alxan oğlu 1990-ci il təvəllüdlü qardaşı Acalov Qaraxan Alxan oğluna bıçaqla xəsarət yetirib. Sərxan Qaraxanın sinə və qarın nahiyəsinə 3 dəfə bıçaqla zərbə endirib. Zərərçəkmiş hazırda ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.

Cinayətdən dərhal sonra Həsənli soyadlı qardaş qaçaraq gizlənib. Hazırda Yasamal RPİ-nin 29-cu polis bölməsinin əməkdaşları şübhəlinin saxlanılması istiqamətində tədbirlər görürlər. Cinayətin motivi hələlik məlum deyil.

Ağır bədən xəsarətləri yetirmə faktı ilə bağlı AR Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb.

128
Əlaqədar
Qısqanclıq zəminində daha bir qətl: Kürdəmir sakini qonşusunu güllələdi
"Zeytun bağları"nda qətl: İstintaq müdhiş cinayətin izinə düşüb
Dəhşətli qətl baş verdi, atasını balta və bıçaqla öldürdü
Bakıda iki qətl törədildi: biri öz kürəkənini, digəri isə yaşlı qonşusunu öldürdü
Dəhşətli qətl: Din xadimləri öldürüldü