Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib

Paytaxtda ağır qəza oldu, orta yaşlı piyada vuruldu - VİDEO

97
(Yenilənib 20:49 17.09.2018)
Qəzaya uğramış şəxs təcili yardım maşınında xəstəxanaya aparılıb

BAKI, 17 sentyabr — Sputnik. Bu gün axşam saatlarında paytaxtın 3-cü mikrorayonunda piyada vurulması ilə nəticələnən hadisə olub. 

Sputnik Azərbaycan xəbər verir ki, orta yaşlı kişi yolu keçərkən onu avtomobil vurub.

Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza anidən baş verib: “Kişi gözləmədən ətrafa baxmadan yolu keçməyı başladı. Orta yaşlı idi. Avtomobil ona möhkəm dəydi. Öldü qaldı bilmədik, vəziyyəti çox pis idi. Hardasa yarım saata yaxın ərazidə tıxac yaşandı”.

Qəzaya uğramış şəxs təcili yardım maşınında xəstəxanaya aparılıb.

97
Əlaqədar
Sumqayıtda ağır qəza: Avtobus "Kamaz"la toqquşub, çoxlu yaralı var
Yevlaxda dəhşətli qəza: Piyadanı dalbadal 2 maşın vurdu
Qəza anı kameralara belə düşdü - VİDEO
Dəhşətli qəza baş verdi: Piyada zolağında dayanan qadın və iki uşağı havaya uçdu – VİDEO
Gürcüstanda ağır qəza: 11 azərbaycanlı yaralandı
Parçalı-buludlu hava, arxiv şəkli

Hava şəraiti yenə dəyişəcək?

11
Mayın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin 10-da güclü xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

BAKI, 8 may — Sputnik. Mayın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin 10-da güclü xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

11
Mi-8 helikopteri, arxiv şəkli

Kamçatkada Mi-8 vertolyotu yoxa çıxıb

6
Xatırladaq ki, cari ilin yanvar ayında Mi-8 vertolyotu Rusiyanın Krasnoyarsk vilayətinin Boquçanı qəsəbəsindən havaya qalxarkən hava limanının binasının divarına çırpılıb.

 

BAKI, 8 may — Sputnik. Rusiyaya məxsus Kamçatka yarımadası üzərində Mi-8 vertolyotu bir neçə saatdır ki, Yer ilə əlaqəyə çıxmır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda göyərtəsində iki nəfərin olduğu aparatın uçuş marşrutu üzrə axtarış həyata keçirilir.

"Fiziki şəxs adına qeydə alınmış vertolyot təpələrdən biri üzərində uçuş həyata keçirib", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, cari ilin yanvar ayında Mi-8 vertolyotu Rusiyanın Krasnoyarsk vilayətinin Boquçanı qəsəbəsindən havaya qalxarkən hava limanının binasının divarına çırpılıb.

6
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

0
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

0