Yol polisi

Şabranda sərxoş sürücü polis əməkdaşını qəsdən vurub

74
(Yenilənib 13:54 15.09.2018)
Kənan Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

BAKI, 15 sentyabr — Sputnik. Şabranda “saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Məmməd Heydərova “saxla” əmri verib.

M.Heydərov əmrə tabe olmayaraq nəqliyyat vasitəsi ilə yol polisi inspektorunu vurub. K.Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılan zaman onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

74
Teqlər:
sərxoş, yol polisi, Şabran, sürücü