Mingəçevir şəhərində yaşayış binasında yanğın

Dördmərtəbəli yaşayış binasında yanğın olub: Ölən yaralananlar var FOTO

599
(Yenilənib 14:30 12.09.2018)
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

BAKI, 12 sentyabr — Sputnik. Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb.

1 / 6
Mingəçevir şəhərində yaşayış binasında yanğın

Belə ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb.

Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

599
Teqlər:
Dövlət Yanğından Mühafizə Xidməti, ölüm, Mingəçevir, yanğın