Qadın sürücü

Sürücülərin ən çox etdikləri iki qayda pozuntusu bəlli olub

132
(Yenilənib 12:42 11.09.2018)
Avtobus və mikroavtobuslarla rayonlararası sərnişin daşıyan sürücülər saxlanılaraq avtomobillərə baxış keçirilib

BAKI, 11 sentyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının nəzarətində olan Salyan rayonu ərazisində maarifləndirici tədbir keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DYP işçisi Mirzəliyev Xəqani
© Sputnik / Murad Orujov

Bildirilib ki, tədbir zamanı əvvəlcə Salyan postu ərazisində yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıb. Eyni zamanda, avtobus və mikroavtobuslarla rayonlararası sərnişin daşıyan sürücülər saxlanılaraq avtomobillərə baxış keçirilib.

Sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Sürücülərin, əsasən tibbi müayinədən keçməsi hallarına diqqət yetirilib. Onlara yorğun olduqları hallarda postlarda qısamüddətli istirahət etmək üçün imkan yaradıldığı bildirilib.

Minik avtomobilinin sürücülərindən daha çox təhlükəsizlik kəmərindən istifadə etməyən, sükan arxasında mobil telefondan istifadə edənlərə rast gəlinib. Onlara bunun təhlükəli elementləri barədə bir daha məlumat verilib.

Sürücülərin nəzərinə çatdırılır ki, istirahət mövsümü başa çatmaq üzrədir və bu səbəbdən də bölgələrdən paytaxta nəqliyyatın hərəkətində intensivlik müşahidə olunur. Bu baxımdan avtobus və mikroavtobusları idarə edən sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından avtomobil idarə edən zaman istirahət rejiminə ciddi nəzarət etmələri xahiş olunur.

132
Teqlər:
sürət, reyd, Baş Dövlət Yol Polisi İdarəsi, avtomobil
Əlaqədar
Sabahdan etibarən sürücülərin çətin günləri başlayır
DYP - sürücü mübahisələrinə səbəb olan əsas suallardan birinin cavabı verildi
Bakıda sərxoş qadın sürücü polislərlə "yarışa" girib
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Bakıda kütləvi dava: Belaruslu sürücü üç ölkənin vətəndaşına xəsarət yetirdi
Qəza, arxiv şəkli

Biləsuvarda avtomobil kanala aşıb, ölən var

3
(Yenilənib 18:15 30.11.2020)
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib

BAKI, 30 noyabr — Sputnik. Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

3
Teqlər:
Biləsuvar, yaralılar, ölən, sürücü, kanal, BMW, avtomobil, qəza

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

13
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

13
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

0
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

0
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə