Hasara alınmış çimərlik

Xəzərin sahilindəki tikililər sökülür

482
(Yenilənib 15:08 10.09.2018)
Qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir

BAKI, 10 sentyabr — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı məhkəmələrə göndərilən işlərdən 5-i haqqında qəbul edilən qərarın icrasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a ƏMDK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tiklilər cavabdehlərin hesabına sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması təmin ediləcək. Hazırda Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə məktublar göndərilib, 78 halla bağlı isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə tətbiq olunub.

Belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 aprel 2016-cı il tarixli qərarına əsasən Xəzər dənizinin (gölünün) sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri təsdiq edilib. Qərara görə həmin zolağın su səthinin quru ilə təmas xəttinin uzunluğu 752,9 kilometr və zolağa düşən torpaq istifadəçilərinin sayı isə 517 olduğu müəyyənləşdirilib.

Torpaq Məcəlləsinin 46-cı maddəsinin müvafiq bəndinə uyğun olaraq Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağına düşən torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsinin təqdimatı əsasında Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər.

482
Teqlər:
torpaq sahələri, mühafizə zolağı, ƏMDK, Xəzər dənizi, Əmlak Məsələləri Dövlət Komitəsi, qanunsuz
Əlaqədar
Paytaxtda qanunsuz tikililər kütləvi şəkildə sökülür
Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz tikililərə qarşı reydlərə başladı
Ekoloq: “Hələ də çox sayda qanunsuz zibilxanalar fəaliyyət göstərir”
Təcili tibbi yardım avtomobilləri

Prokuror köməkçisi qəfildən ölüb

13
(Yenilənib 18:55 16.05.2021)
E.Məmmədov bir neçə müddət öncə ürəyindən müalicə alıb. Aprelin 20-dən mayın 7-dək səhhətinə görə məzuniyyətdə olub.

 

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Azərbaycanda prokurorluğun işçisi qəflətən dünyasını dəyişib.

Qusar rayon prokurorunun köməkçisi dünən gecə dünyasını dəyişib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü  Elşən Məmmədov ürəktutmadan vəfat edib.

E.Məmmədov bir neçə müddət öncə ürəyindən müalicə alıb. Aprelin 20-dən mayın 7-dək səhhətinə görə məzuniyyətdə olub. Bir həftə öncə işə çıxanda özünü təkrar pis hiss edib və evə qayıdıb. Dünən gecə saat 00.30-da Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsindəki evində ürəktutmadan vəfat edib.

Eləcə də oxuyun: 

Heydər Əliyevin sabiq müşaviri vəfat edib

Bir günah sənindir, bir günah mənim... Musa Yaqubu da itirdik

İcra başçısının ailəsindən bağ evindəki ölümlə bağlı açıqlama - YENİ TƏFƏRRÜAT

 

 

13
Teqlər:
Quba, vəfat, köməkçi, prokuror
Lənkəranda qəzanın baş verdiyi yer

Lənkəranda ağır qəza: maşınları doğrayıb, adamları çıxardılar - FOTO

65
(Yenilənib 17:57 16.05.2021)
Lənkəranda 3 avtomobil toqquşub, xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Günorta saatlarında Lənkəran şəhəri, Ləvəngi dairəsi adlanan ərazidə zəncirvari qəza baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə yol kənarında dayanan eyni markalı avtomobillə, daha sonra isə "Mercedes Sprinter" markalı mikroavtobusla toqquşub.

Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan birinin vəziyyəti ağırdır. Xəsarət alanlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

  • Lənkəranda qəzanın baş verdiyi yer
    © Sputnik / Rahim Murad
  • Lənkəranda qəzanın baş verdiyi yer
    © Sputnik / Rahim Murad
  • Lənkəranda xəstəxana
    © Sputnik / Rahim Murad
  • Lənkəranda qəzanın baş verdiyi yer
    © Sputnik / Rahim Murad
1 / 4
© Sputnik / Rahim Murad
Lənkəranda qəzanın baş verdiyi yer

Qeyd edək ki, hadisə nəticəsində avtomobildə sıxışıb qalmış sərnişinləri FHN-in xilasediciləri xüsusi qurğular vasitəsilə çıxarıblar.

Baş verən qəza hadisəsi araşdırılır.

Eləcə də oxuyun: 

Paytaxtın Heydər Əliyev prospektində qəza olub, yolda sıxlıq yaranıb

Bakıda sürücü altı maşını birdən əzdi, yaralı var

Mikroavtobus evakuatorla toqquşub, ölən var - FOTO

 

65
Teqlər:
yaralılar, zəncirvari qəza, "VAZ-2107", Lənkəran, qəza

İsraillilər dua edərkən tribuna çökdü - VİDEO

0
(Yenilənib 23:05 16.05.2021)
İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb. Hadisə yerindən video sosial şəbəkələrdə yayılıb.

KİV-in məlumatına görə, hadisə zamanı yaralananların sayı artıq 160 nəfəri ötüb. İki nəfərin həlak olduğu deyilir. Daha altı nəfərin vəziyyəti ağırdır. 

Hüquq mühafizə orqanları dini ayin keçirilən zaman bütün təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını araşdırır.

0
Teqlər:
yaralılar, çökmə, tribuna, sinaqoq, İsrail