Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan-Gürcüstan sərhədində qaçaqmalçılığın qarşısı alınıb

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" buraxılış məntəqəsi
Sınıq Körpü buraxılış məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda faktla bağlı araşdırma aparılır

BAKI, 10 sentyabr — Sputnik. Daxil olan əməliyyat məlumatı əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21070" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, avtomobilin salonunda olan gödəkçənin içərisindən və vətəndaşın üzərindən 2800 ədəd "Marlboro" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0