Президент Молдавии Игорь Додон

Qəzaya düşmüş Moldova prezidentindən yeni xəbər var

90
Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib

BAKI, 9 sentyabr — Sputnik. Moldova prezidenti İqor Dodon yol qəzası zamanı ciddi xəsarət almadığını bəyan edib.

Yerli mətbuata açıqlamasında Dodon deyib: “Heç bir yara, zədə və əzilmə yoxdur. Vəziyyətim normaldır”.

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub. Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib.

90