Qəza

Mingəçevirdə toy günü faciə baş verdi, qaynana xəstəxanalıq oldu

120
(Yenilənib 10:15 10.09.2018)
Hadisə gəlin toy məclisi üçün bəzədilməkdən gətirilirmiş

BAKI, 9 sentyabr — Sputnik. Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.

"Report” xəbər verir ki, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə iki nəfər xəsarət alıb. Onlardan biri "Mercedes"in sürücüsü və eyni zmaanda bəyin xalası oğlu olan 1992-ci il təvəllüdlü Tahir İsmayılov, digəri isə gəlinin 1970-ci il təvəllüdlü qayınanası Hicran Məmmədovadır. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə gəlin toy məclisi üçün bəzədilməkdən gətirilirmiş.

120