Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda məsciddən oğurluq edən şəxs barəsində məlumat yayıldı - RƏSMİ

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda məsciddən oğurluq edən şəxs barəsində 3 aylıq həbs qərarı verilib

BAKI, 8 sentyabr — Sputnik. Bakıda məsciddən oğurluq edərkən tutularaq dirəyə bağlanılan şəxs barəsində həbs qərarı çıxarılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib. 

Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Anar Mirzəyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb: "Onun sonuncu məhkumluğu da oğurluq üstündə olub. Azadlığa çıxdıqdan sonra tüfeyli həyat tərzi keçirən bu şəxs sentyabrın 5-də həm Yasamal rayonundakı “Qasımbəy”, həm də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Hacıbəyverdi” məscidlərinin nəzir qutularından oğurluq edib".

O.Mansurzadə həmçinin qeyd edib ki, hər üç faktla bağlı toplanmış materiallar bir icraatda birləşdirilərək A.Mirzəyev barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmə də işin hallarını və oğurluq edənin şəxsiyyətini nəzərə alaraq onun barəsində 3 ay müddətinə inzibati həbs qərarı çıxarıb.

Yasamal rayonu ərazisində yerləşən məscidin nəzir qutusundan 90 manat pul oğurlayarkən tutulan Anar Mirzəyev əvvəllər də bir neçə dəfə eyni üsulla həmin məsciddən oğurluq edib. Məsciddə olan şəxslər onu tutmağa çalışsalar da, A.Mirzəyev hər dəfə bıçaq və digər kəsici alətlərlə onlara müqavimət göstərərək hadisə yerindən qaçmağa müvəffəq olub. Lakin o, sonuncu dəfə planını həyata keçirə bilməyib və məsciddəki şəxslər onu tutaraq qaçmaması üçün dirəyə bağlayıblar. A.Mirzəyev daha sonra polisə təhvil verilib.

Xəbər lenti
0