Hadisə yerində polis avtomobili

Otuz səkkiz nəfər cinayətkar saxlanıldı

27
(Yenilənib 12:03 08.09.2018)
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib

BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 7-də ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınmış, onların da 26-sı “isti izlər”lə açılıb. Bu barədə Sputnik Azərbaycan-a DİN mətbuat xidmətindən xəbər verilib.

Məlumatda bildirilir ki, həmin gün əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

27
Əlaqədar
Bakıda polisə silahlı müqavimət göstərən cani güllələnib
Azərbaycanda təhlükəli cani sərbəst dolaşır, polis isə ondan qorxur