Qəzaya düşən avtomobil, arxiv şəkli

Gürcüstanda ağır qəza: 11 azərbaycanlı yaralandı

127
(Yenilənib 16:21 06.09.2018)
Qəza Gürcüstanda Qırmızı körpü avtomagistralında baş verib

BAKI, 6 sentyabr — Sputnik. "Gürcüstanın Rustavi şəhərində yol qəzasında xəsarət alanların vəziyyətləri orta-ağırdır".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu barədə Rustavi Şəhər Mərkəzi Xəstəxanasının travmatoloqu David Baçilava bildirib.

Onun sözlərinə görə, xəstəxanaya qəzada xəsarət alan 11 azərbaycanlı yerləşdirilib: "Onların 3-nün vəziyyəti orta ağır olsa da, həyatlarına təhlükə yoxdur. Onlar əməliyyat olunacaqlar. Digərləri isə ilkin tibbi yardım və müayinədən sonra evə buraxılacaqlar".

D.Baçilava qəzada xəsarət alan Azərbaycan vətəndaşının vəziyyətinin çox ağır olmadığını və onun da əməliyyat olunacağını bildirib.

Xatırladaq ki, qəza Gürcüstanda Qırmızı körpü avtomagistralında baş verib.

Yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada" markalı minik maşını toqquşub. Xəsarət alanların qohumları bildiriblər ki, marşrut taksisində olan azərbaycanlılar Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.

Xəsarət alanlar Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

127
Teqlər:
əməliyyat, xəstəxana, azərbaycanlı, xəsarət alanlar, qəza, Rustavi, Gürcüstan