Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

On dörd yaşlı qız özünü asıb, altı kişi intihara əl atıb

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb

BAKI, 6 sentyabr — Sputnik. Astarada on dörd yaşlı məktəbli intihar edib. Bu barədə Sputnik Azərbaycan-a Astaranın hüquq-mühafizə orqanlarından məlumat verilib.

İntihar, arxiv şəkli - Sputnik Azərbaycan
Bakıda iki uşaq atası olan sahibkar intihar edib

Əldə etdiyimiz məlumatlara görə, rayonun Təngərüd kənd sakini Aysu Əhmədova özünü asıb. Qızın cəsədi yaşadığı evin həyətindəki tövlədə asılı vəziyyətdə tapılıb.

Əhmədovanın intihara əl atdığı zaman evdə tək olduğunu bildirilir. İntiharın səbəbi barədə hələlik heç nə məlum deyil. Valideynlərinin sözünə görə, uşaqlarına heç bir təzyiq göstərilməyib, ailənin maddi vəziyyətini də acınacaqlı adlandırmaq olmaz.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-cu maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Qeyd edək ki, Aysu Əhmədovanın özünə qəsd etdiyi gün — sentyabrın 5-də Bakıda 6 nəfər intihara cəhd göstərib. Belə ki, 6 kişi qaldırıcı krana dırmaşaraq özlərini oradan atacaqlarını bildiriblər. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onlarla psixoloji söhbət apararaq intihardan vaz keçirməyə müvəffəq olublar.

Xəbər lenti
0