Bakı metropoliteninin stansiyalarından biri, arxiv şəkli

Bakı metrosunda həyəcanlı anlar: Ər arvadını hamının gözü qarşısında bıçaqladı

250
(Yenilənib 23:14 04.09.2018)
B. Məmmədov qeyd edib ki, qadını bıçaqlayan həyat yoldaşı polis tərəfindən saxlanılıb

BAKI, 4 sentyabr — Sputnik. "Bakı Metropoliteni"ndə bıçaqlanma hadisəsi baş verib. 

Sputnik Azərbaycan oxu.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. 

Onun sözlərinə görə, hadisə "Nəsimi" metro stansiyasında baş verib: "Bu gün saat 19:23 radələrində metronun platformasında ər və arvad mübahisə edib. Kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib. Qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb". 

B. Məmmədov qeyd edib ki, qadını bıçaqlayan həyat yoldaşı polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

250
Teqlər:
"Nəsimi" metro stansiyası, bıçaqlama, mübahisə, ər-arvad, Bakı Metropoliteni
Pişik, arxiv şəkli

Bakıda "pişik əməliyyatı" - VİDEO

46
(Yenilənib 16:54 24.05.2020)
Yerli sakinlər FHN işçilərini çağırsalar da, onlar başqa briqadanın gələcəyini deyərək pişiyi quyudan çıxarmayıblar

BAKI, 24 may — Sputnik. Bakının İçərişəhər ərazisində yerli sakinlər xilasetmə əməliyyatında iştirak ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Erkin İbrahimov sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, on gün imiş ki, Qalada üç iri və səkkiz bala pişikdən ibarət "ailəni" yemləyirmiş. Bir neçə gün əvvəl pişiklərdən birinin yoxa çıxdığını görüb. Məlum olub ki, mavru 10 metr dərinliyi olan quyuya düşüb. Yerli sakinlər FHN işçilərini çağırsalar da, onlar başqa briqadanın gələcəyini deyərək pişiyi çıxarmayıblar.

Erkin İbrahimovun sözlərinə görə, sakinlərdən dənizdə işlədiyi deyilən Samir Zeynalovun belinə ip bağlayaraq quyuya sallayıblar. O da pişik balasını sağ-salamat quyudan çıxara bilib: "Allah razı olsun sizdən, qardaşlar! Ləhcənizə, şirin-şirin danışığınıza, iynəli atmacalarınıza qurban olaram! Allah hər zaman ürəyinizcə versin. Bir pişik balasına görə vaxtını, əziyyətini əsirgəməyən gözəl insanlar. Əsas qəhrəman Samir ilə şəkil çəkdirmək istəsəm də, qonşular onun dənizə növbəyə getdiyini dedilər. Samiri bağrıma basıram! Bu çətin zamanlarda belə insanlıq nümünələri cəmiyyət üçün, hər birimiz üçün çox önəmlidir!"

Qeyd edək ki, Erkin İbrahimov idman yazarıdır, xarici mətbuatda Azərbaycan futbolu və ümumiyyətlə idman barədə yazılarla çıxış edir.

46
Şüşə qırıntısı, arxiv şəkli

Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı

18
(Yenilənib 15:31 24.05.2020)
Həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı başqa bir xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb

BAKI, 24 may — Sputnik. Mingəçevirdə 10-dan çox insanın xəsarət alması ilə nəticələnən qəzanın təfərrüatı məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.

Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı başqa bir xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb. Nəticədə 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. 

TƏBİB-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.

Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır. 

Faktla bağlı araşdırma başlanılıb.

18
Əlaqədar
Sürücü dəhşətli qəzada yanaraq öldü
Bu il yol qəzalarında bəxtləri gətirməyən çox olub
Qadın sürücü maşınla on nəfəri vurdu
Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”

0
(Yenilənib 00:49 25.05.2020)
COVID-19-dan sağalan insanların bərpası üçün komponentlərin düzgün proporsiyaları tapılmalıdır, bu isə kompleks tədqiqat tələb edir

BAKI, 25 may — Sputnik. Rusiyada, Murmansk Dəniz Biologiyası İnstitutunun alqologiya laboratoriyası koronavirusun fəsadlarını dəniz kirpiləri ilə müalicə etməyi təklif edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə laboratoriyanın müdiri Qriqori Voskoboynikov danışıb.

Alimin sözlərinə görə, COVID-19-dan sağalanlar dəniz kirpisinin kürüsü, yosunlar və bir sıra immun möhkəmlədici bitkilərin əsasında hazırlanmış preparatlar qəbul etməlidirlər. Bu cür preparatlar hələ iki il əvvəl kimya terapiyası keçmiş onkoloji xəstələrin reabilitasiyası üçün işlənilib hazırlanıb.

Dəniz kirpisinin kürüsü və bəzi bitkilər immun sistemini stimullaşdıran xüsusiyyətə malikdir. Ancaq COVID-19-dan sağalan insanların bərpası üçün komponentlərin düzgün proporsiyaları tapılmalıdır, bu isə kompleks tədqiqat tələb edir.

Mayın 24-də məlum olub ki, ABŞ hökuməti koronavirus vaksininin hazırlanması üçün Oksford Universitetinə 1 milyard dollardan çox vəsait ayırıb. Layihə uğurla yekunlaşacağı təqdirdə ABŞ 300 milyon doza vaksin əldə edəcək.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Cərrah-onkoloq: Koronavirusa yoluxan xərçəng xəstələrini xilas etmək çox çətindir
Dörd həkimimizi koronavirus məhv etdi
Adil Qeybulla: "Vaksinasiya özü spekulyasiyadır"
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Koronavirusdan ən çox belə xəstələr ölür