Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postu

Vətəndaşlarımızı zəhərləməyə gələn şəxs yaxalandı

134
(Yenilənib 15:14 04.09.2018)
Hazırda faktla bağlı araşdırma aparılır

BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan gömrükçüləri xeyli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitsəindən (DGK) məlumat verilib.

Narkotik vasitə olan tiryək, arxiv şəkli
© Sputnik / Rahim Zakiroğlu

Bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Əbülfəz Abbasovun idarə etdiyi "Hyundai Accent" markalı, 10-RL-179 dövlət qeydiyyat nişanlı minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı xidməti it avtomobilin salonundakı ön panelin orta hissəsinə reaksiya verib. Sonra avtomobil əsaslı yoxlanılma üçün stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib.

Daha sonra həmin avtomobil əsaslı yoxlanılıb. Nəticədə, avtomobilin salonunda, ön cihazlar panelinin içərisində, ön panelin orta hissəsində yerləşən maqnitofonun arxasındakı boşluqda — havalandırma sisteminin divarına yapışdırılmış şəkildə 3 ədəd sellofan bükümdə, ümumi xalis çəkisi 131,378 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.

134
Teqlər:
Biləsuvar gömrük postu, gömrükçü, psixotrop maddə, İran, Azərbaycan
Əlaqədar
Sərhəddə külli miqdarda narkotik tutuldu
Əvvəllər məhkum olunmuş narkotik alverçisi saxlanıldı
Paytaxtda daha bir narkoman sürücü ifşa edildi