TIR sürücüsü

“Sınıq Körpü”də dəhşətli qəza: Ölən yaralananlar var

147
(Yenilənib 00:00 04.09.2018)
Qəza törədən avtomobil həmçinin gömrük sərhəd xidmətinin ərazisində də dağıntı törədib

BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın “Sınıq Körpü” gömrük sərhəd buraxılış məntəqəsində dəhşətli hadisə baş verib.

Avropa.info-nun verdiyi məlumata görə, Azərbaycandan Gürcüstana keçən propan qazı ilə yüklü İran vətəndaşına məxsus TIR idarəetməni itirərək qəza törədib.

Qəza nəticəsində sərhəd qoşunlarının müddətdən artıq qulluq edən Süleymanov soyadlı sərhədçisi həyatını itirib, yaralananların olduğu bildirilir.

Qəza törədən avtomobil həmçinin gömrük sərhəd xidmətinin ərazisində də dağıntı törədib.

147