Fövqəladə Hallar Nazirliyi

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə həyəcan siqnalı daxil olub

124
(Yenilənib 14:39 03.09.2018)
Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

BAKI, 3 sentyabr — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

124
Teqlər:
lift, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, əməliyyat, Fövqəladə Hallar Nazirliyi
Əlaqədar
Bakıda liftin qırılıb şaxtaya düşməsi ilə bağlı cinayət işi başlandı
Bakıda lift şaxtaya düşdü, ciddi yaralananlar var
Sumqayıtda faciə: Binanın lifti qırıldı, 3 nəfər yerə düşdü
AMAY-da dəhşətli ölüm: gənc oğlan liftin arasında qaldı