Narkotik vasitə olan tiryək, arxiv şəkli

Sərhəddə külli miqdarda narkotik tutuldu

156
(Yenilənib 15:48 02.09.2018)
Qablaşdırılmış bağlamaların ümumi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib

BAKI, 2 sentyabr — Sputnik. Daxil olan əməliyyat məlumatı əsasında Ukrayna Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana yüksüz gedərkən Astara gömrük-sərhəd buraxılış məntəqəsində əməliyyatçılar tərəfindən saxlanılıb və əməliyyat məlumatının yoxlanılması məqsədilə nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib.

DGK-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu zaman yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində dördkünc formalı şübhəli cizgilər müşahidə olunub. Yoxlama zamanı, dartıcının tavan hissəsində, xüsusi düzəldilmiş yerdə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 40 ədəd yastı dördkünc formalı bağlama aşkar olunub.

Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək aşkarlanıb. Qablaşdırılmış bağlamaların ümumi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

156
Teqlər:
Astara gömrük-sərhəd buraxılış məntəqəsi, tiryək, Ukrayna vətəndaşı, Gürcüstan, İran İslam Respublikası, narkotik
Pişik, arxiv şəkli

Bakıda "pişik əməliyyatı" - VİDEO

52
(Yenilənib 16:54 24.05.2020)
Yerli sakinlər FHN işçilərini çağırsalar da, onlar başqa briqadanın gələcəyini deyərək pişiyi quyudan çıxarmayıblar

BAKI, 24 may — Sputnik. Bakının İçərişəhər ərazisində yerli sakinlər xilasetmə əməliyyatında iştirak ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Erkin İbrahimov sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, on gün imiş ki, Qalada üç iri və səkkiz bala pişikdən ibarət "ailəni" yemləyirmiş. Bir neçə gün əvvəl pişiklərdən birinin yoxa çıxdığını görüb. Məlum olub ki, mavru 10 metr dərinliyi olan quyuya düşüb. Yerli sakinlər FHN işçilərini çağırsalar da, onlar başqa briqadanın gələcəyini deyərək pişiyi çıxarmayıblar.

Erkin İbrahimovun sözlərinə görə, sakinlərdən dənizdə işlədiyi deyilən Samir Zeynalovun belinə ip bağlayaraq quyuya sallayıblar. O da pişik balasını sağ-salamat quyudan çıxara bilib: "Allah razı olsun sizdən, qardaşlar! Ləhcənizə, şirin-şirin danışığınıza, iynəli atmacalarınıza qurban olaram! Allah hər zaman ürəyinizcə versin. Bir pişik balasına görə vaxtını, əziyyətini əsirgəməyən gözəl insanlar. Əsas qəhrəman Samir ilə şəkil çəkdirmək istəsəm də, qonşular onun dənizə növbəyə getdiyini dedilər. Samiri bağrıma basıram! Bu çətin zamanlarda belə insanlıq nümünələri cəmiyyət üçün, hər birimiz üçün çox önəmlidir!"

Qeyd edək ki, Erkin İbrahimov idman yazarıdır, xarici mətbuatda Azərbaycan futbolu və ümumiyyətlə idman barədə yazılarla çıxış edir.

52
Şüşə qırıntısı, arxiv şəkli

Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı

20
(Yenilənib 15:31 24.05.2020)
Həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı başqa bir xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb

BAKI, 24 may — Sputnik. Mingəçevirdə 10-dan çox insanın xəsarət alması ilə nəticələnən qəzanın təfərrüatı məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.

Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı başqa bir xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb. Nəticədə 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. 

TƏBİB-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.

Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır. 

Faktla bağlı araşdırma başlanılıb.

20
Əlaqədar
Sürücü dəhşətli qəzada yanaraq öldü
Bu il yol qəzalarında bəxtləri gətirməyən çox olub
Qadın sürücü maşınla on nəfəri vurdu
Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü
Orduda təlim, arxiv şəkli

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

0
(Yenilənib 13:15 25.05.2020)
Təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib

BAKI, 25 may — Sputnik. Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində real olaraq yüksək bacarıq nümayiş etdirib.

0