Güllələr, arxiv şəkli

Salyanda 28 yaşlı oğlanı güllələdilər

449
(Yenilənib 19:35 01.09.2018)
Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib

BAKI, 1 sentyabr — Sputnik. Salyan rayonunda 28 yaşlı oğlan güllələnib.

Sputnik Azərbaycan-ın “Report”a istinadla xəbərinə görə, hadisə bu gün rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Səmədzadə Elgün Alik oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu güllə ilə vuraraq ağır yaralayıb. Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

449
Teqlər:
güllələmə, Salyan rayonu, qətl, Rayon Mərkəzi Xəstəxanası