Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan Baş Prokurorluğu amerikalı qumarbaz barəsində cinayət işi açıb

© Sputnik / Anar MustafaevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

BAKI, 30 avqust — Sputnik. Den Bilzeryanın 28 avqust 2018-ci il tarixində Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.

Арест, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanlı mafiya lideri İstanbulda həbs edildi - VİDEO

Bildirilib ki, D.Bilzeryan mütəşəkkil dəstə tərkibində birləşərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlməsində, həmçinin "Dağlıq Qarabağ Respublikası" adı altında yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə işğal olunmuş ərazilərdə qanunsuz olaraq əldə etdiyi qumbaraatan, tüfəng və digər odlu silahlardan nümayişkaranə atəşlər açmasına əsaslı şübhələr müəyyən edilib.

© Sputnik / Asatur YesayantsDen Bilzeryan
Den Bilzeryan - Sputnik Azərbaycan
Den Bilzeryan

Həmin fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.

Den Bilzeryan Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək "İnterpol" xətti üzrə beynəlxalq axtarışa elan olunması üçün müraciət edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Den Brandon Bilzeryan Amerialı peşəkar poker oyunçusu və aktyordur. O, 1980-cı il dekabrın 7-də ABŞ-ın Florida ştatının Tamoa şəhərində dünyaya gəlib. Adaam adlı bir qardaşı var.

Atası erməni əsillidir. Bilzeryan 2000-ci ildə Navy SEAL təhsil proqramına daxil olub. Hərbi xidmətdən sonra Florida Universiteti Müəssisə və Kriminologiya fakültəsinə daxil olub.

Bilzeryan poker oyunçusu olaraq ən önəmli nəğd pulu "2009 Poker World Series"-a qatılaraq qazanıb. O, burada 36626 dollar qazanıb. Bundan sonra onlayn poker otağının həmtəsisçiri olub.

2010-cu ildə "Bluff Magazine" tərəfində "Twitter"-də komik poker oyunçulardından biri seçilib.

Xəbər lenti
0