Həbs

Azərbaycanlı mafiya lideri İstanbulda həbs edildi - VİDEO

11198
(Yenilənib 12:05 30.08.2018)
Onun kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifovun adamı olduğu iddia edilir

BAKI, 30 avqust — Sputnik. Azərbaycanın İnterpol üzərindən qırmızı bülletenlə axtardığı, ötən il İstanbulda yaxalanan və həbsxanaya transferi zamanı qaçan kriminal avtoritet, mafiya liderlərindən olan Ənbər Sadıxov (Anbar Sadıkhov) İstanbulda yaxalanıb.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, onun azərbaycanlı kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) adamı olduğu iddia edilir.

İstanbul polisinə bağlı Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin İdarəsinin əməkdaşları dünən axşam Şişlidə bir hoteldə əməliyyat keçirib. Əməliyyatda Ənbər Sadıxov saxlanılıb. Yaxalanan şəxsin ötən il Maltepe həbsxanasından Ərzurum həbsxanasına göndərilərkən yolda qaçdığı üzə çıxıb.

11198
Teqlər:
Ənbər Sadıxov, qanuni oğru, həbsxana, İstanbul, Azərbaycan
Əlaqədar
Lənkəranskinin qardaşı kriminal avtoritetlə nəyi müzakirə edib? - FOTO
Bakıda iki kriminal qruplaşma arasında atışma baş verib - Şok detallar
Kriminal avtoritetin öldürülməsi kameralara düşdü - VİDEO
Ölkə jurnalistikasını kriminal təsirlərdən necə uzaq tutmalı?
Gürcüstan DİN: Azərbaycanlı kriminal avtoritetin adamları saxlandı