DTX-nin əməkdaşları

Xaçmazda vəziyyət gərginləşdi, DTX radikal terrorçunu məhv etdi

431
Hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd "AKSU" tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb

BAKI, 29 avqust — Sputnik. Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olan məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib. 

Sputnik Azərbaycan bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydığı birgə məlumata istinadən xəbər verir. 

Məlumatda qeyd olunub ki, avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib.

Hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd "AKSU" tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

431
Teqlər:
dini ekstremist, DTX, əməliyyat, terror
Əlaqədar
DTX-dan növbəti əməliyyat, daha bir terrorçu zərərsizləşdirildi - VİDEO
Azərbaycanda böyük əməliyyat: DTX əməkdaşı tutuldu
DTX rəisi: "Hazırda heç bir təhlükə yoxdur"
İlham Əliyev DTX ilə bağlı sərəncamlar imzaladı
DTX-nın orqan alverinə görə həbs etdiyi şəxs görün kimdir
Özünü DTX-nin rəsmisi kimi təqdim edən şəxs tutuldu
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

19
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

19
Teqlər:
zəlzələ, Xəzər dənizi
Bakıda yağışlı hava, arxiv şəkli

Hava şəraiti yenidən dəyişəcək - Amma bu dəfə...

20
(Yenilənib 13:56 24.11.2020)
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

BAKI, 24 noyabr — Sputnik. Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

20
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğandan müjdə: "Ən geci aprel ayına qədər ..."

0
(Yenilənib 13:55 25.11.2020)
Türkiyə Prezidenti: İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik.

BAKI, 25 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndlə bağlı önəmli mərhələyə gəlindiyini açıqlayıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim partiyanın parlament qrup toplantısında çıxışı zamanı bildirib.

"İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik. Maska, məsafə, təmizlik qaydalarına riayət edərsək, digər tədbirlərə ehtiyac qalmaz", - deyə Ərdoğan qeyd edib.

O, həmçinin koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndin yaradılmasında da önəmli irəliləyişə nail olunduğunu bildirib:

"Ən gec aprel ayında öz peyvəndimizi tətbiq etmə səviyyəsinə qədər inkişaf etdirməyi planlaşdırırıq. Öz istehsal etdiyimiz peyvəndi bütün insanlığın xidmətinə təqdim etmək düşüncəsindəyik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
Ərdoğan, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, korona virusu, Koronavirus, epidemiya, COVID-19