Cəfər Cabbarlı küçəsi 30 ünvanında avtomobil qəzası

Paytaxtda yüksək sürət qəzaya səbəb oldu - FOTO

43
(Yenilənib 18:55 28.08.2018)
Cəfər Cabbarlı küçəsində qəza baş verib

BAKI, 28 avgust — Sputnik. Bakı şəhəri Cəfər Cabbarlı küçəsi 30 ünvanında ağır avtomobil qəzası baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə zamanı 99 XH 261 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil, 90 XM 099 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə toqquşub. Xəsarət alanlar barədə məlumat yoxdur.

Hazırda ərazidə Dövlət Yol Polisinin əməkdaşları var.

İlkin məlumata görə, qəza yüksək sürət və ötmə əməliyyatının pozulması nəticəsində baş verib.

43