DYP işçisi Mirzəliyev Xəqani

Yol polisi kütləvi reydlər keçirir

98
(Yenilənib 12:41 28.08.2018)
Bakı şəhəri ərazisində yol hərəkəti qaydaları pozuntusuna görə inspektorlar tərəfindən 410 min inzibati protokol tərtib edilib

BAKI, 28 avqust — Sputnik. Dünən axşam saatlarında Bakı şəhərində yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq məqsədilə gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərə qarşı növbəti reyd keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİM) məlumat verilib.

Bildirilib ki, reyd zamanı Binəqədi rayonu ərazisində yol hərəkəti qaydasını pozduğuna görə "Mersedes" markalı avtomobilin sürücüsünə saxlama işarəsi verilib. Amma sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Daha sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan sürücü bu dəfə sənədlərini təqdim etməkdən boyun qaçırıb.

Yol polisinin apardığı profilaktik tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər də müəyəyn edilib. Nəsimi rayonu ərazisində saxlanılan "Dodge" markalı avtomobilin sürücüsü Səhhət Məmmədovun ilkin müayinə zamanı nəqliyyat vasitəsini içkili halda idarə etdiyi məlum olub. Sürücü alkoqol müayinəsindən keçirilməsi üçün tibb məntəqəsinə dəvət edilsə də, o, bundan imtina edib. Daha sonra tibbi müayinədən keçməyə razı olan sürücünün sərxoşluq dərəcəsi təyin olunub və bu barədə protokol tərtib edilib.

Yol polisi tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sükan arxasında daha da məsuliyyətli olmağın vacibliyi vurğulanıb.

Məlumatda bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən avqustun 20-nə qədər olan müddətdə Bakı şəhəri ərazisində yol hərəkəti qaydaları pozuntusuna görə inspektorlar tərəfindən 410 min inzibati protokol tərtib edilib. Bu protokollardan 7181 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, 216 avtoxuliqanlıq, 1209 ötmə və manevr etmə qaydalarına əməl etməyən, 19327 işıqforun qırmızı işığında hərəkətini davam etdirən sürücülər barəsində tərtib olunub.

98
Teqlər:
yol hərəkəti təhlükəsizliyi, Bakı şəhəri, DYP, yol polisi, sürücü, avtomobil
Əlaqədar
DYP Bakıda kütləvi reydlərə başladı – VİDEO
DYP kütləvi reydlər keçirir, cərimələnənlər var
Diqqət: DYP-dən sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq
DYP: Belə nəqliyyat vasitələri şəhərə buraxılmamalıdır
DYP sürücülərə çağırış edir
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

3
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

3
Hirkan Milli Parkında yanğın

Yanğını ram etmək çox çətindir: Hirkandan VİDEOgörüntülər

8
(Yenilənib 18:11 16.01.2021)
Yanğınla mübarizəyə FHN-in "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb olunub, bəzi yerlərdə yanğınsöndürənlər kürəklə işləyirlər

BAKI, 16 yanvar - Sputnik. Astara rayonu ərazisində, Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib. Yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunublar.

8
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

0
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

0
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan