Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ötən gün ölkədə 100-dən artıq cinayət faktı qeydə alınıb

© Sputnik / Rahim MuradovAstara Rayon Polis şöbəsi
Astara Rayon Polis şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

BAKI, 28 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Soyuducunun buzxanası, arxiv şəkli - Sputnik Azərbaycan
Qan donduran cinayət: Arvadını öldürüb soyuducuya qoydu, tətilə getdi

Bildirilib ki, ötən gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 105 cinayət faktı qeydə alınıb, onların 14-ü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Məlumata görə, ötən gün axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Xəbər lenti
0