Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Arvadını öldürən şəxs: “Özümü də, onu da bədbəxt etdim, uşaqlarımın həyatı məhv oldu”

© Sputnik / Murad OrujovBakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hökmə əsasən, Rahid Babayev 11 il müddətinə azadlıqdan məhrum edilib

BAKI, 28 avqust — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə ittiham olunan Rahib Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Sputnik Azərbaycan virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, Rahid Babayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi bu il yanvarın 23-də gecə saat 3 radələrində H.Bayramov küçəsi, ev 67-də baş verib. Həmin ünvanda kirayədə yaşayan 27 yaşlı Ülviyyə Orucəliyeva keçmiş həyat yoldaşı, 33 yaşlı Rahid Babayev tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gələrək təslim olub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında

İstintaqa verdiyi ilkin ifadəsində Rahid Babayev Ülviyyə ilə birgə nikahdan iki azyaşlı övladları olduğunu və iki il əvvəl rəsmi şəkildə boşandıqlarını göstərib: “Kirayədə yaşadığım evin qabağından keçəndə Ülviyyə qabağımı kəsərək qışqırdı ki, səni qoymayacağam evlənəsən, qayıt yanıma. Birtəhər sakitləşdirdim, yaşadığı mənzilə apardım. Ancaq yenə sakitləşmədi, məni təhqir etməyə başladı. Dözmədim, boğub öldürdüm”.

Məhkəmədə son sözlə çıxış edən R.Babayev arvadının çantasında bıçaq gəzdirdiyini deyib: "Bir dəfə evdə olanda mübahisə etdik. Bıçağı atanda sağ buduma dəydi. Sonra mən Binədə kirayə ev tutub getdim. Amma məni izləməyə başladı. Yolda rastlaşanda yenə mənə bıçaq çıxardı. Sinəmə vuranda çəkildim. Bıçaq sinəmi yaraladı".

R.Babayev hadisə günü baş verənlərlə bağlı da danışıb. O deyib ki, həmin vaxt uşaqları yan otaqda yatıbmış: "Mənimlə yenə də mübahisə elədi. Bıçaqla özünə xəsarət yetirmək istədi. Qollarını kəsmək istəyəndə mən onu tutdum, imkan vermədim. Ağzından da tutdum ki, qışqırmasın. Sonra saat 3-də mübahisəmiz düşdü. Mən yatanda şəklimi çəkib yeni ailə həyatı qurduğum qadının qardaşına göndərib. Deyib ki, Rahib mənim yanımdadır, sən gəl, bacını apar. Mən də buna əsəbiləşdim. Əllərimlə boğazından tutub sıxdım, boğuldu. Əməlimdən peşmanam. Özümü də, onu da bədbəxt etdim. Uşaqlarımın isə həyatını məhv elədim".

Xəbər lenti
0