Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb

Yol-nəqliyyat hadisələri nəticəsində dörd nəfər öldü

135
Ötən gün qeydə alınmış 128 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb

BAKI, 25 avqust — Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 128 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən iyirmi nəfər saxlanılıb.

135