Yanğın, arxiv şəkli

Evi külə dönən məcburi köçkün: "Qəsdən yandırıblar"

82
(Yenilənib 20:46 22.08.2018)
Ümumi sahəsi 80 kvadratmetr olan üçotaqlı evin yanar konstruksiyalarının çox hissəsi tamamilə yanıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Bərdə rayonunda yaşayış evi yanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın hadisəsi Tikinti Bərpa İdarəsinin həyətində məcburi köçkünə məxsus yaşayış evində  qeydə alınıb.

Laçın rayondan məcburi köckün olan Zərifə Hüseynova  məxsus fərdi yaşayış evi yanıb.

Hadisə zamanı ev sahibləri mənzildə olmayıb. Qəfildən başlayan yanğın qısa müddətdə evi ağuşuna alıb. Yanğının söndürülməsinə Bərdə rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 80 kvadratmetr olan üçotaqlı evin yanar konstruksiyalarının çox hissəsi tamamilə yanıb. 

Mənzil sahibi, Laçın rayondan məcburi köçkün olan Zərifə Hüseynovanın iddiasına görə, onlar evdə olmadığı müddətdə baş verən yanğın qəsdən törədilib. Ev sahibinin sözlərinə görə, hadisə vaxtı elektrik sayğacında pul olmadığından mənzildə elektrik olmayıb.

Faktla bağlı rayon polis şöbəsində  araşdırma aparılır.

82
Teqlər:
Bərdə rayonu, məcburi köçkün, elektrik, ev, yanğın