Удар ножом, фото из архива

Bakıda iki qətl törədildi: biri öz kürəkənini, digəri isə yaşlı qonşusunu öldürdü

770
(Yenilənib 17:29 21.08.2018)
Bakının Yasamal və Sabunçu rayonlarında qətl hadisəsi törədilib

BAKI, 21 avqust — Sputnik. Avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonunda 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb.

Qətl hadisəsi Mehdiyev küçəsindəki 79 nömrəli evin qarşısında baş verib. Tezliklə 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu gələrək qətli törətdiyini etiraf edir. Saxlanılan şəxs bildirib ki, kürəkənini münasibətlərinə aydınlıq gətirərkən öldürüb. 

Günün ikinci qətl hadisəsi isə Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağızadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib.

Onun cəsədi dünən saat 12:45-də aşkarlanıb. Məhkəmə-tibbi ekspertiza ölmüş şəxsin başına küt alətlə zərbə endirildiyini müəyyən edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis şübhəli şəxsi saxlayıb. Məlum olub ki, həmin şəxs sözügedən qəsəbənin sakini, qətlə yetirilmiş qocanın qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğludur. Saxlanılan şəxs günahını etiraf edib. İstintaq zamanı məlum olub ki, Mirzəyev 85 yaşlı qocanı kəlbətinlə öldürüb. Cinayətin motivi hələlik məlum deyil.

Hər iki cinayət faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

770
Əlaqədar
Dəhşətli qətl: Din xadimləri öldürüldü
Sumqayıt şossesində növbəti qətl: Bu dəfə "Aşıqlar" kafesində
Özbəkistanda dəhşətli qətl: DİN idarə rəisi otağında bıçaqlandı
Salyan sakini dəhşətli qətl törətdi