At, arxiv şəkli

Bərdədə at kişini vurub ölümcül vəziyyətə saldı

26
(Yenilənib 12:20 20.08.2018)
Altmış yaşlı kişi reanimasiyada ciddi həkim nəzarətindədir

Musa Muradlı, Sputnik Azərbaycan 

BAKI, 20 avqust — Sputnik. Bərdədə at kişini vuraraq ölümcül hala salıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə görə, hadisə Bərdə rayonunun Hacallı kəndində baş verib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib ki, 1958-ci il təvəllüdlü Bərdə sakini Cəfərov Fəxrəddin Allahverdi oğluna at ağır bədən xəsarətləri yetirib. Dərhal xəstəxanaya çatdırılan F.Cəfərov reanimasiya şöbəsinə yerləşdirilib. Cəfərovun vəziyyətinin ağır olduğu qeyd olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

26
Əlaqədar
At təpik atdı, kişini ölümcül vəziyyətə saldı
Yerevanda “mavilər” at oynatdı, polis bölməsinə hücum edildi – VİDEO
Şabranda at yarışında Yarışov qalib oldu
İndi at-eşşək ətini yeyəkmi, yeməyəkmi?