Silahlar, arxiv şəkli

Bərdədə xeyli silah tapıldı, araşdırma başladı

257
(Yenilənib 15:14 18.08.2018)
Telman Abbasova məxsus evə baxış keçirilib, xeyli sayda silah-sursat, eləcə də narkotik maddə aşkar edilərək götürülüb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Bərdədə qadağan silah-sursat aşkar edilib.

Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Taleh Şamilovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Füzuli küçəsində yaşayan 1955-ci il təvəllüdlü Telman Abbasova məxsus evə baxış keçirilib, xeyli sayda silah-sursat, eləcə də narkotik maddə aşkar edilərək götürülüb.

Müsadirə olunan silahların hansısa cinayətdə istifadə olunub-olunmamasının müəyyənləşdirilməısi üçün silahlar ekspertizaya göndərilib.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində araşdırma aparılır.

257
Teqlər:
araşdırma, ekspertiza, narkotik, silah-sursat, Bərdə