Məhbus, arxiv şəkli

Azərbaycanlılar qardaş ölkədə ayağa qalxdı, 47 nəfər aclığa başladı

550
(Yenilənib 12:32 18.08.2018)
Məhbuslar əsas etibarilə onları etnik zəmində sıxışdıran erməninin həbsxana rəisi təyin edilməsindən narazıdırlar

BAKI, 18 avqust — Sputnik. İstanbulun Maltəpə həbsxanasında orada saxlanılan azərbaycanlıların kütləvi aclıq aksiyası başlayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə virtualaz.org-a həmin türmədə olan məhbus Nərahim Nəzərov məlumat verib.

İnformasiyaya əsasən, aclıq aksiyasına 47 azərbaycanlı qoşulub. Məhbuslar əsas etibarilə onları etnik zəmində sıxışdıran erməninin həbsxana rəisi təyin edilməsindən narazıdırlar.

Vəziyyətin aydınlaşdırılması üçün virtualaz.org Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət edib. Diplomatik missiyada müvafiq araşdırmanın aparılmasından sonra şərh verə biləcəklərini vəd ediblər.

550
Teqlər:
erməni, aclıq, etiraz, azərbaycanlı, həbsxana, İstanbul