Təcili tibbi yardım

Həyat yoldaşını qayınatasını qətlə yetirdi

145
(Yenilənib 09:26 18.08.2018)
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib

BAKI, 18 avqust — Sputnik. Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib.

“Report”un məlumatına görə, hadisə şəhərin Bağmanlar küçəsi, birinci döngə, ev 1-də baş verib.

1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, cinayəti törədən M.Məmmədov hadisə yerindən qaçıb. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İlkin məlumata görə, ötən gün M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsində olublar. Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb. Qətlə yetirilən Namiq Əkbərov həkim olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

145
Şüşə qırıntısı, arxiv şəkli

Bakıda avtomobil yol kənarındakı iki balaca qızı vurub

154
(Yenilənib 21:32 12.07.2020)
Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdiriliblər

 

BAKI, 12 iyul — Sputnik. Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

“Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan 9 yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və 8 yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.  Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdiriliblər.

154
Əlaqədar
Bakıda anasının doğum gününə gedən qızı avtomobil vurdu
Abşeronda 4 yaşlı uşaq atasının avtomobilinin altında qaldı
Lerikdə dəhşətli qəza: Avtomobil 300 metrdən dərəyə aşıb, 3 nəfər ölüb
İnsanın kölgəsi, arxiv şəkli

Evi icazəsiz tərk edən COVID xəstəsinə cinayət işi açıldı

15
(Yenilənib 15:03 12.07.2020)
Aktiv koronavirus xəstəsi, Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan Bağırov Rövşən Xürrəm oğlunu polis nəzarətə götürüb

BAKI, 12 iyul — Sputnik. Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.

15
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Bölgələrimizdə koronavirusla bağlı vəziyyəti - Hansı zona daha təhlükəlidir?
Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam
Nazirlik COVİD-19-a yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb
Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları
Reanimasiyaya yerləşdirilən xəstələrimizin sayı artıb
Minaatandan atəş, arxiv şəkli

Tovuzda vəziyyət yenidən gərginləşdi

44
(Yenilənib 00:19 13.07.2020)
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir

BAKI, 12 iyul — Sputnik. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.

Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

44
Əlaqədar
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var
İtki verən Ermənistan ordusu geri oturdulub
Ermənistan mətbuatının iddialarına Azərbaycan Müdafiə Nazirliyindən cavab
"Ermənistan üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır"
Müdafiə Nazirliyi Tovuzda şəhid olan hərbçilərimizin adlarını açıqladı