Qax rayonu ərazisindən keçən Ərdava çayının üzərindəki körpünü sel aparıb

Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd Bir bölgədə yağışın fəsadları

16666
(Yenilənib 16:31 11.08.2018)
Təbii fəlakət sözügedən bölgənin əhalisinin əsas gəlir mənbəyi olan fındıq bağlarına ziyan zurub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust— Sputnik. İki gün davam edən leysan xaraketerli yağışlar Şimal-qərb bölgəsində həyatı iflic edib. Belə ki, Qax rayonun ərazisindən keçən Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb. Nəticədə Çinarlı kəndininin rayon mərkəzi ilə əlaqəsi kəsilib. 

Qax rayonu ərazisindən keçən Ərdava çayının üzərindəki körpünü sel aparıb
© Sputnik / Shahperi Abbasova
Qax rayonu ərazisindən keçən Ərdava çayının üzərindəki körpünü sel aparıb

Sputnik Azərbaycan-ın məlumatına görə, yağan güclü leysan Qax, Zaqatala və Balakənin bəzi kəndlərində də bir sıra fəsadlar törədib. Kəndlilərin həyətyanı sahələrini və zirzəmiləri su basıb. Təbii fəlakət sözügedən bölgənin əhalisinin əsas gəlir mənbəyi olan fındıq bağlarına ziyan zurub. Elektik enerjisinin verilişində problemlər yaranıb. 

Bundan əlavə Zaqatala rayonunun Lahıc kəndi ərazisində dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsi Bakıdan Balakənə hərəkət edən sərnişin qatarının yolda qalmasına səbəb olub. 

Qatar Qaratala kəndi ərazisindəki Qax-1 stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla getdikləri yerlərə göndərilib.

16666
Əlaqədar
Təbii fəlakət 2 rayonumuzu vurdu, 9 kənddə həyat iflic olub
Təbii fəlakətlərlə mübarizəyə dair yeni sərəncam imzalandı
Təbii fəlakət ölkəni vurdu – 106 ölü, 100-dən çox yaralı
Təbii fəlakət dəmir yolunu da vurdu: Balakən-Bakı qatarı Zaqatalada qaldı
Qax və ətraf rayonlarda baş verən təbii fəlakət əhaliyə dəhşətli anlar yaşadıb