Нож в руке, фото из архива

Bakıdakı amansız qətlin absurd səbəbi məlum oldu

11954
(Yenilənib 17:27 11.08.2018)
Bakıda qatil tanışının gözü qarşısında qadını amansızlıqla öldürdü

BAKI, 11 avqust — Sputnik, Ramella İbrahimxəliova. Dünən Bakının Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayonunun hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Məlumata əsasən, 1994-cü il təvəllüdlü Bakı sakini Hümbətova Səkinə Hüseyn qızına Buzovnadakı evinin qarşısında çoxsaylı bıçaq zərbələri endirilib. Əməliyyat-axtarış qrupu hadisə üzrə şübhəlinin şəxsiyyətini müəyyən edib. Məlum olub ki, hadisəni Ağsu rayon sakini, daha əvvəl məhkum olunmuş Mərdanov Zəfər Rafiq oğlu törədib. Mərdanov hələlik saxlanılmayıb, bu istiqamətdə iş gedir. 

Həmçinin müəyyən olunub ki, hadisə yerinə Mərdanov tanışı Zülfiyyə Şiriyevaya məxsus Mitsubishi markalı avtomobillə gəlib.

Qətl sözügedən rayonda quraşdırılmış müşahidə kamerasına düşüb. Cinayətkarın avtomobili Şağan qəsəbəsinin ərazisində tapılıb.

Şiriyeva da əməliyyatçılar tərəfindən saxlanılıb. Məlum olub ki, o cinayətin şahididir, hadisə baş verən anda maşında olub. Onun barəsində AR CM-nin 307 (cinayəti bilib gizlətmə) maddəsi ilə cinayət işi açılıb.

İstintaq həmçinin aydın edib ki, cinayətin səbəbi Hümbətovanın Mərdanova ərə getməkdən imtina etməsidir. Hümbətovanın azyaşlı övladı qalıb.

Fakt üzrə araşdırma davam edir.

11954
Əlaqədar
Sumqayıt şossesində növbəti qətl: Bu dəfə "Aşıqlar" kafesində
Məktəbliləri qəsdən maşınla vuran şəxs qətlə yetiriləcək
Özbəkistanda dəhşətli qətl: DİN idarə rəisi otağında bıçaqlandı
Tanınmış azərbaycanlı jurnalistin qətlinə dair rəsmi bəyanat yayıldı
Azərbaycanlı jurnalistin qətli parlamenti ayağa qaldırdı