Bıçaq, arxiv şəkli

Beyləqanda məhkəmə tibbi ekspertini niyə öldürmək istəyiblər: Şok təfərrüat

6487
(Yenilənib 20:01 09.08.2018)
Saxlanılan şəxsin atası Beyləqanda xəstəxanada psixiatr işləsə də, özü psixi çatışmazlıqdan əziyyət çəkir

BAKI, 9 avqust — Sputnik. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin (MTE və PA ETTB) Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov sui-qəsd cəhdinin qurbanı olub. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyi yanında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov məlumat verib.

Qeyd edək ki, avqustun 7-də axşam saat 5 radələrində Fazil Bayramovun rayondakı kabinetinə yerli sakin, 1989-cu il təvəllüdlü Azadzadə Fariz Fazil oğlu daxil olub və əlindəki bıçaqla ekspertin üzərinə hücum çəkib.

Cinayətkar Bayramova bir neçə zərbə endirərək onu öldürməyə cəhd edib. Lakin ekspert imkan daxilində özünü qorumağa çalışıb. Şöbənin köməyə gələn əməkdaşları Bayramovu dəliyə dönmüş adamın əlindən güclə alıblar. Nəticədə hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib. Lakin Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tez bir zamanda onu saxlayıblar. 

"Hazırda Bayramovun vəziyyəti sabitdir. Sinə nayihəsindəki yara dərin olduğundan, mümkün qanaxmanın qarşısını almaq üçün ola bilsin əməliyyat edildi. Zərərçəkmişin üzünə, boynuna, kürəyinə və əllərinə tikiş qoyulub. O, ekspertin otağına "Səni öldürəcəm!" deyə daxil olub" — deyə Ədalət Həsənov bildirib.

Həsənovun sözlərinə görə, saxlanılan şəxslə bağlı rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 288.4 maddəsi (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə: bu əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) ilə cinayət işi açılıb. Mümkündür ki, bu maddəyə AR CM-nin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi də əlavə olunsun. Çünki cinayətkar öz məqsədini birbaşa bəyan edib. İş baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən nəzarətə götürülüb.

Ekspertə hücumun səbəbi 2017-ci ilin 23 dekabrında baş verən dava ilə bağlı məhkəmə-tibbi ekspertizanın rəyi olub. 1989-cu il təvəllüdlü Fariz Azadzadə 23 dekabrda Beyləqan rayonunda 3 nəfərlə dava edib və bədən xəsarəti alıb. O, Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün MTE və PA ETTB-nin Beyləqan rayon şöbəsinə göndərilib. Beyləqan rayon şöbəsinin məhkəmə-tibb eksperti Fazil Bayramov tərəfindən məhkəmə-tibbi müayinə aparılıb. Fariz Azadzadənin boynundan və sifətinin sol tərəfindən aldığı xəsarət (kəsilmiş yara) həmin dövr üçün düzgün olaraq dərəcəsinə görə "sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma" kimi, bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə "sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər" kimi qiymətləndirilib. Ekspertin Azadzadənin yüngül bədən xəsarətləri aldığı barədə rəyi ikincini qane etməyib. Bundan sonra Azadzadə anlaqsız olması barədə rəy almaq üçün iki dəfə Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertizalar Mərkəzində ambulator qaydada məhkəmə-psixiatrik ekspertizadan keçib. Lakin hər iki ekspertiza rəyində onun istəyi əksini tapmayıb. Ekspertiza göstərib ki, cinayət törədilən vaxt o, anlaqlı olub. 

Ə,Həsənovun dediyinə görə, maraqlıdır ki, Fariz Azadzadənin atası Fazil Beyləqan rayon xəstəxanasında psixiatr işləyir və psixi çatışmazlıqdan əziyyət çəkir. Psixiatr bildirib ki, oğlunu şəxsən müayinə edib. Onun sözlərinə görə, dekabrda baş verən davadan sonra oğlu güclü stress keçirib və ruhi xəstə olub. Bu isə ekspertizada ağır bədən xəsarətinə bərabər tutulur. Lakin ekspertiza göstərir ki, Fariz Azadzadə psixi cəhətdən sağlamdır.

Birliyin baş direktoru qeyd edib ki, məhkəmə-tibbi ekspertləri müntəzəm olaraq morqda meyitləri yarılan şəxslərin qohumları tərəfindən hücuma məruz qalırlar. Ötən il Şirvanın eksperti yol-nəqliyyat hadisəsi zamanı ölmüş şəxsi tədqiq edəndən sonra mərhumun qohumlarının hücumunun qurbanı olmuşdu.

Yol-nəqliyyat hadisəsinin Kürdəmir rayonundan olan qurbanının qohumları meyitin yarılmasının əlehinə idilər və bu səbəbdən də onlar dəmir qapını qıraraq, pəncərənin dəmir barmaqlıqlarını çıxararaq ekspertin kabinetinə soxulmuş və ona xəsarət yetirmişdilər. Faktla bağlı cinayət işi açılmışdı.

"Bu yaxınlarda Lənkəranda ekspertiza şöbəsinin qapı və pəncərələrini qırmışdılar. Qohumlara heç cür başa salmaq olmur ki, meyitin yarılması prokurorluq tərəfindən məcburi xarakter daşıyır" — deyə Həsənov bildirib.

6487
Əlaqədar
Məktəbliləri qəsdən maşınla vuran şəxs qətlə yetiriləcək
Özbəkistanda dəhşətli qətl: DİN idarə rəisi otağında bıçaqlandı
Xanəndələrin müəmmalı ölümündə yeni faktlar: Biri digərini qətlə yetirib və intihar edib
Həm etiraf edir, həm də öldürür: Bir aya 156 mülki şəxs qətlə yetirilib
Bakıda polis əməkdaşı, arxiv şəkli

Bakıda polisi bıçaqladılar

4
(Yenilənib 12:09 10.08.2020)
İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib

BAKI, 10 avqust — Sputnik. Ötən gün paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla həmin gün saat 02 radələrində həmin vaxt xidmətdə olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün polis əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri olan Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

4
Əlaqədar
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Nərimanovda 28 yaşlı gənci bıçaqlayaraq öldürüblər
Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Bakıda sevgililər bıçaqlandılar
Tüstü, arxiv şəkli

Havanı çirkləndirən sexin sahibi cəzalanıb

2
(Yenilənib 10:58 10.08.2020)
Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan "məcburi göstəriş" verilib

BAKI, 10 avqust — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub. Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan "məcburi göstəriş" verilib.

2
Əlaqədar
Xəzəri çirkləndirənlər kimlərdir? Nazirliyin rəsmisi həyəcan təbili çalır
İlin hər fəslində təhlükəylə üz-üzəyik: qapıya asılanı yiyəsi vaxtında aparsa...
Təmizlik və yetmiş milyard dollar - həyata keçsə, yaşadıq
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik
Zibilinizi yığışdırın! Yoxsa özünüz də zibilə düşə bilərsiz
Gürcüstanda epidemioloji vəziyyət, arxiv şəkli

Gürcüstana göz dəydi, koronavirusa yoluxma halı kəskin artdı

0
(Yenilənib 12:28 10.08.2020)
Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 10 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1010-a çatıb.

BAKI, 10 avqust — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 25 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1250-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 10 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1010-a çatıb, 17 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 40433-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, avqustun 8-dən bu virusa yoluxanların sayı daha 23 nəfər artıb.

Ermənistanda son gündə daha 5 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 796-ya çatıb. Xəstəlikdən sağalanların sayı 32616 olub. Hazırda bu ölkədə 6793 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 19,8 milyonu keçib, 731 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür
ABŞ-da daha bir azərbaycanlı koronavirusdan ölüb
Koronavirusla mübarizədə ağ və qırmızı şərab
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
Anticisimdən başqa heç nə kömək etmir – Rusiyalı həkimdən qəti mövqe