Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daxili İşlər Nazirliyi son sutka ərzində baş verənlərə aydınlıq gətirib

© Sputnik / Murad OrujovЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib

BAKI, 8 avqust — Sputnik. Avqust ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadla xəbər verir ki, ötən gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər"lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 14 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Xəbər lenti
0