Hotel otağı

Bakıda "Viaqradan" öldüyü deyilən ərəb turistlə bağlı ilginc təfərrüat

8439
(Yenilənib 12:26 09.08.2018)
Hotel: Turistlərin əksəriyyəti müxtəlif dərmanlardan istifadə edir, onun üstündən də enerki içkiləri içir

BAKI, 8 avqust — Sputnik. Bakıda ərəb turist dünyasını dəyişib. Hadisə dünən axşam saatlarında Nərimanov rayonu ərazisindəki "Caspian Bussines" hotelində baş verib.

Hoteldən Sputnik Azərbaycan-a verilən məlumata görə, İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorinin hoteldə vəziyyəti pisləşib: "Saat 16.00-17.00 radələri idi. Turistin vəziyyəti qəfildən pisləşdi və təcili yardım çağırdıq. Briqada gəldi və həkimlər xəstəni müayinə etdikdən sonra xəstəxanaya aparılmasını məsləhət gördülər. Xəstə özü dostları ilə birlikdə təcili yardıma minərək getdi".

"Turist Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişib. Yəni ölüm halı hoteldə baş verməyib. Bizə turistin ölümü ilə bağlı məlumat veriləndə biz onun gəldiyi şirkətin nümayəndəsinə məlumat verdik" — deyə hoteldən bildirilib.

Qeyd olunub ki, bu hotelə İraqın turizm şirkətləri vasitəsilə çoxlu turistlər gəlir: "Bu turist ayın 3-də hotelimizə daxil olub, 10-u çıxacaqdı. Turist dünən saat 17.00-da hoteldən çıxaraq xəstəxanaya gedib və təxminən, 2-saat sonra dünyasını dəyişdiyi bildirilib. Turistin hansı səbəbdən öldüyü, yəqin ki, ekspertiza rəyindən sonra məlum olacaq".

Ərəblər
© Sputnik / Karikatura
Ərəblər

Hoteldən o bildirilib ki, gələn turistlərin əksəriyyəti müxtəlif dərmanlardan istifadə edir, onun üstündən də enerki içkiləri içir: "Bu da çox zaman ürəyi zəif olan insanlara mənfi təsir edir. Bir qədər də yaşlı olduqları üçün bəzən ölümlə nəticələnir. Ola bilsin ki, hansısa cinsi aktivləşdirici dərmanlardan istifadə edirlər".

Qeyd edək ki, hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi müvafiq araşdırma və ekspertizadan sonra bəlli olacaq.

8439
Teqlər:
Ammar Ali Abed Al-Juvoori, İraq vətəndaşı, "Caspian Bussines" hoteli, Nərimanov rayonu, ərəb, Bakı, dərman, xəstəxana, turist
Əlaqədar
Ekspert: “Azərbaycana gələn ərəb turistlərin sayında hər il artım olur”
Ekspert ərəb turistlərin Azərbaycana marağının səbəblərini açıqladı
Daun sindromlu ərəb turist itib
Bakıda ərəb turistin başına elə iş gəldi ki...
"Eşq mələyi" Bakıda ərəb turisti əzişdirdi
Qadın, arxiv şəkli

Kafeyə "dəm-dəstgah"la gedən qadını soydular

26
550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin qadın olduğu müəyyən edilib

 

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı araşdırma aparılır.

26
Beyrutda partlayış

Minlərlə insanın yaralanmasına 78 nəfərin ölümünə məsuliyyətsizlik səbəb olub

64
(Yenilənib 08:21 05.08.2020)
Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

BAKI, 5 avqust - Sputnik. Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, partlayış zamanı, həmçinin 4 minədək insan xəsarət alıb.

Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

Bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib. Həmin yükün Afrika ölkələrindən birinə məxsus olduğu bilinir.

ABŞ prezidenti Donald Tramp isə Livanın paytaxtı Beyrutda onlarla insanın ölümünə, eləcə də böyük dağıntılara səbəb olan güclü partlayışın “dəhşətli bir hücum”a bənzədiyini deyib.

64
Калькулятор и ручка, фото из архива

Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...

1
(Yenilənib 19:28 06.08.2020)
Professor: "Büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Büdcə siyasəti ilə bağlı bu gün bir çox suallar yaranır, çünki dünya iqtisadiyyatında vəziyyət olduqca mürəkkəbdir. Bu proseslər yalnız pandemiya ilə bağlı deyil, dünya iqtisadiyyatı çox dərin tənəzzül dövrünə daxil olub. Bu, uzun müddətli olacaq. O baxımdan Azərbaycanda iqtisadi idarəetmə siyasəti, o cümlədən büdcə siyasəti kəskin şəkildə islahatlara məruz qalmalı, dərin islahatlar aparılmalıdır".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a büdcəyə edilən dəyişiklikdən danışarkən deyib.

Ekspert bildirib ki, bu ilin sonunadək iqtisadiyyatda dayanıqlılıq qoruna biləcək: "Çünki ehtiyatlar buna imkan verir, digər tərəfdən neft qiymətləri tarazlaşıb, 6 ayda fiskal yığımlar təmin olunub. Eyni zamanda valyuta bazarında da sabit vəziyyət var və ona görə də ilin sonunadək ciddi problemlər gözlənilmir. Amma uzun müddətli dövrdə milli iqtisadiyyatımızda da ciddi problemlər gözlənilir. Bu problemlərin qarşısı indidən alınmalıdır, o cümlədən də büdcə siyasəti ilə".

"Bu il büdcə xərclərinin artımına ehtiyac var idi və o baxımdan da büdcə xərclərinin artırılması başa düşüləndir, izah olunandır. Amma büdcə xərclərinin artırılması büdcə kəsirinin də artırılması deməkdir. Büdcə kəsirinin artırılması isə düzgün idarə olunmalıdır. Bu gün bizim dövlət büdcəsinin kəsir göstəricisi təxminən 5 faizdir. Bu, böyük rəqəm deyil, yəni, yolveriləndir" - deyə o qeyd edib.

O bildirib ki, bu ilin ilk 6 ayının nəticələri onu deməyə əsas verir ki, iqtisadiyyata kapital qoyuluşları azalıb: "Bu, təhlükəli tendensiyadır. Əgər biz büdcə kəsirinin idarə olunmasını, büdcə kəsirinin maliyyələşməsini Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlarla təmin edəcəyiksə, bu, iqtisadiyyatda kapital qoyuluşlarının bir qədər də azalmasına səbəb olacaq. Hesab edirəm ki, biz büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Yəni, Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik".

"Əgər biz bu il ərzində investisiyaların azalmasına getsək, onda gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq. Biz investisiyaların azalmasına yol verməməliyik. Əks halda iqtisadiyyatımız daralacaq, inflyasiya ilə bağlı problemlər kəskinləşəcək. Məsələyə sistemli yanaşmaq lazımdır. İdxalın əvəzolunması, yerli istehsalın formalaşması prosesi getməlidir. İxracatda qeyri-neft sektorunun payı artmalıdır. Digər tərəfdən, qeyri-neft ixracımızda ilk 3 yeri qızıl, pomidor və fındıq tutur. Bunların üçü də xammaldır, lakin biz emal etməliyik" - deyə professor əlavə edib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat olacağı gözlənilir.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ilə bağlı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, COVİD-19-un dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub: "İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb".

1