Sərnişin təyyarəsi, arxiv şəkli

"Minməyin, təyyarə ortadan qırılacaq" - VİDEO

388
(Yenilənib 19:57 06.08.2018)
O, "minməyin, təyyarə ortadan qırılacaq" deyə qışqırdıqdan sonra təyyarədə böyük panika yaşanıb

BAKI, 6 avqust — Sputnik. Rusiyada sərnişin təyyarənin havaya qalxmasına mane olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Soçidən Moskvaya gedən təyyarəyə minən rus qadın təyyarənin qapısında qışqırmağa başlayıb.

O, "minməyin, təyyarə ortadan qırılacaq" deyə qışqırdıqdan sonra təyyarədə böyük panika yaşanıb. Heyət üzvləri hadisəyə müdaxilə edərək qadını təyyarədən çıxarmağa çalışıb. Qadın isə qışqırmağa davam edərək əlavə edib ki, heç kim uça bilməyəcək.

1,5 saatdan sonra qadın təyyarədən endirilib və izahatı alınıb. Qadının psixoloji problemləri olduğu deyilir. Təyyarə 1,5 saat gecikmə ilə Soçidən Moskvaya çatıb.

388
Əlaqədar
Təyyarədə sərnişinlərə həşəratlar hücum edib
Rusiya təyyarəsi havada yoxa çıxıb
Türkiyəyə məxsus sərnişin təyyarəsi təcili eniş etdi - SƏBƏB