Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qax sakini avtomobili ilə birgə dərədən aşıb

© Sputnik / Shahperi AbbasovaQax rayonunun Sarıbaş kəndi
Qax rayonunun Sarıbaş kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücü Sarıbaş kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 avqust— Sputnik. Qax rayonunda arzuolunmaz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun ən ucqar kəndi olan Sarıbaşda qeydə alınıb.

Kənd sakini İbrahim Axundov "UAZ" markalı avtomobillə Qaxdan Sarıbaş kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını dərinliyi, təqribən 150 metr olan dərəyə aşırıb. Xəsarət alan şəxs dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İ.Axundova sol qaş üstü nahiyənin dərisinin və sol əl pəncənin arxa səthinin açıq yarası diaqnozu qoyulub və o, sonradan evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0