İndoneziyada zəlzələ

Təbiət bu bölgədən əl çəkmir: 14 il əvvəlin faciəsi təkrar olunacaqmı?

4728
(Yenilənib 22:37 05.08.2018)
İndoneziyada zəlzələ nəticəsində 32 nəfər ölüb

BAKI, 5 avqust — Sputnik. İndoneziyanın Lombok adasında 6,6 maqnituda gücündə baş verən zəlzələ nəticəsində 32 nəfər həyatını itirib.

Sputnik Azərbaycan xəbər verir ki, yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib. Zəlzələ turistlər arasında məşhur olan Bali adasında da hiss edilib. Zəlzələ qurbanlarının sayının artacağı ehtimal olunur.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub. Rəsmilər 2004-cü ildə baş vermiş sunaminin təkrarlanmasından qorxurlar. Həmin zaman təbii fəlakətdən 230 min nəfər zərər çəkmişdi.

4728